Küveyt MN 2 raket və 13 PUA-nı zərərsizləşdirdiyini açıqlayıb


Küveytin hava hücumundan müdafiə sistemləri iyulun 8-də səhər saatlarında ölkənin hava məkanında 2 ballistik raket və 13 pilotsuz uçuş aparatını (PUA) dəf edib.

AFN.az xəbər verir ki, bu barədə Küveyt Müdafiə Nazirliyi məlumat yayıb. KUNA agentliyinin ictimailəşdirdiyi bəyanatda hədəflərin uğurla zərərsizləşdirildiyi, xəsarət alanların və ya maddi ziyanın qeydə alınmadığı bildirilib.

Qeyd edək ki, bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İran ərazisinə zərbələrinə cavab olaraq, Bəhreyn və Küveytdəki 85 Amerika hərbi obyektinə hücum etdiyini bəyan etmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu