Tramp Buş, Obama və Baydeni tənqid etdi


ABŞ Prezidenti Donald Tramp özündən əvvəlki dövlət rəhbərlərini – Corc Buş, Barak Obama və Co Baydeni NATO üzvlərini hərbi xərcləri artırmağa məcbur edə bilmədiklərinə görə kəskin tənqid edib.

AFN.az xəbər verir ki, NATO-nun Ankara sammiti çərçivəsində baş tutan görüşdə Tramp əvvəlki prezidentlərin hərbi xərclər mövzusunda uğursuz olduğunu bildirib: "NATO ölkələri ABŞ-ın hesabına rahat dolanırdılar. Baydenin bir az beyni olsaydı, onlara daha çox ödəməyi tələb edərdi. Amma bunu nə o, nə Obama, nə də Buş etdi".

Bu zaman alyansın Baş katibi Mark Rütte dialoqa müdaxilə edərək Trampı tərifləyib: "Amma indi məhz sizin sayənizdə bu baş verdi. Siz hələ Eyzenhauerin etmək istədiyini reallaşdırdınız və Avropa ilə ABŞ-ın hərbi xərclərini bərabərləşdirdiniz. Heç bir ABŞ prezidenti bu uğura nail olmamışdı, siz birincisiniz". Tramp isə buna cavab olaraq "Bax, buna görə mən onu sevirəm", - deyə reaksiya verib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu