İran XİN: ABŞ-nin hücumları anlaşma memorandumunun əsas müddəalarını qüvvədən salıb
İran Xarici İşlər Nazirliyi ABŞ-nin İranın cənub sahillərində yerləşən bəzi müşahidə məntəqələrinə təşkil etdiyi zərbələrin müharibənin dayandırılmasına dair anlaşma memorandumunun birinci maddəsinin pozulması mənasına gəldiyini və sənədin əsas müddəalarını qüvvədən saldığını bəyan edib.
AFN.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi ABŞ-nin İrana qarşı həyata keçirdiyi hücumlarla bağlı açıqlama yayıb.
Bəyanatda ABŞ-nin İrana yönəlik hücumları təkrarlamasının, ABŞ Maliyyə Nazirliyinin İranın neft satışına tətbiq olunan sanksiyaların ləğvi ilə bağlı qərarını geri götürməsinin, Hörmüz boğazı ilə bağlı İranın müəyyənləşdirdiyi qaydaların pozulmasının və İsrailin Livan üzərinə hücumlarını davam etdirməsinin anlaşma memorandumunun əsas şərtlərini əhəmiyyətsiz hala gətirdiyi vurğulanıb.
Gərginliyin eskalasiyasından doğacaq bütün nəticələrə görə ABŞ-nin məsuliyyət daşıdığı diqqətə çatdırılan açıqlamada İranın öz ərazi bütövlüyünü və müstəqilliyini qorumaq üçün müdafiə olunmaqdan çəkinməyəcəyi və hücumların başlandığı mənbələrin hədəf alınmasına davam ediləcəyi qeyd olunub.
Bəyanatda həmçinin Fars körfəzinin cənubundakı ölkələrə öz ərazilərini ABŞ-nin İrana hücumları üçün istifadəyə verməməli olduqları ilə bağlı beynəlxalq öhdəliklər xatırladılıb.
