Növbəti NATO Sammiti Albaniyada keçiriləcək
NATO-nun Baş katibi Mark Rutte növbəti NATO Sammitinin Albaniyada təşkil olunacağını açıqlayıb.
AFN.az xəbər verir ki, 36-cı NATO Dövlət və Hökumət Başçıları Sammiti Ankarada baş tutub.
Sammitdən sonra təşkil edilən mətbuat konfransında çıxış edən Rutte Ankara Zirvəsinin son dərəcə uğurlu keçdiyini bildirərək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mükəmməl ev sahibliyi sayəsində ötən il Haaqada verilən öhdəliklərin artıq həyata keçirilməyə başladığını qeyd edib.
Rutte növbəti NATO sammitinin Albaniyada keçiriləcəyini elan edərək, bu qərarın hələ Haaqa Zirvəsində qəbul edildiyini xatırladıb.
NATO Baş katibi tədbirin dəqiq tarixinin isə hələlik müəyyənləşdirilmədiyini diqqətə çatdırıb.
