NATO-nun növbəti sammiti Ankarada keçiriləcək

NATO-nun növbəti sammiti 2026-cı il iyulun 7-8-də Ankarada keçiriləcək.
AFN.az xəbər verir ki, bu barədə Şimal Alyansının mətbuat xidməti tərəfindən yayılan Baş katib Mark Ruttenin bəyanatında bildirilib.
“İyulun 7-8-də Ankarada NATO sammitinə ev sahibliyi edəcəyi üçün Türkiyəyə təşəkkür etmək istəyirəm" - deyən Rutte söz verib ki, Ankaradakı NATO liderləri bugünkü çağırışlara cavab hazırlamağa davam edəcəklər.
Türkiyə son 25 ildə ikinci dəfə alyans sammitinə ev sahibliyi edəcək. Bundan əvvəl NATO-nun 2004-cü il sammiti İstanbulda reallaşıb.