Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir
Azərbaycan və İordaniya ümumvətəndaş pasportlarının sahibləri üçün qarşılıqlı viza rejimini ləğv edir.
AFN.az xəbər verir ki, müvafiq sənədi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun iordaniyalı həmkarı Əymən Əs-Safadi imzalayıblar.
Bundan əlavə, XİN başçıları iki ölkənin hökumətləri arasında energetika sahəsində Anlaşma Memorandumu imzalayıblar.

