“Yeni Çağ” 19 yaşında


Bu gün "Yeni Çağ" xəbər portalının fəaliyyətə başlamasından 19 il ötür.

AFN.az xəbər verir ki, "Yeni Çağ"ın media tarixinin əsası 2006-cı ildə eyniadlı qəzetin nəşri ilə qoyulub. 5 sentyabr 2007-ci ildə qəzetin internet versiyası fəaliyyətə başlayaraq Azərbaycanın ilk xəbər portallarından və rəqəmsal medianın öncüllərindən biri olub.

2014-cü ildən "Yeni Çağ" Media Qrupu formatında fəaliyyətini genişləndirərək Azərbaycan, türk və rus dillərində yayıma başlayıb. "Yeni Çağ TV" vasitəsilə isə müsahibələr, reportajlar, studiya proqramları və müxtəlif video layihələr hazırlanır.

Bu gün Media Qrupunun fəaliyyət coğrafiyası Azərbaycan sərhədlərini xeyli aşır. Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Pakistan, Almaniya, Belçika, Rumıniya və digər ölkələrdə fəaliyyət göstərən media qurumları ilə qurulan ikitərəfli əməkdaşlıq, informasiya mübadiləsi və birgə layihələr "Yeni Çağ"ın beynəlxalq fəaliyyətinin əsas istiqamətlərindəndir. Media Qrupunun rəhbəri Aqil Ələsgərin Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini kimi fəaliyyəti də bu əlaqələrin genişlənməsinə mühüm töhfə verir.

"Yeni Çağ" eyni zamanda Azərbaycanın ictimai-siyasi gündəmini yaxından izləyir. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın, eləcə də dövlətin ali rəhbərliyinin fəaliyyətinə dair xəbərlər, çıxışlar və qərarlar operativ şəkildə oxucuya çatdırılır, mühüm siyasi proseslər analitik materiallarla təqdim olunur.

Media Qrupu bütün əsas sosial platformalarda @yenicagmedia adı altında aktiv fəaliyyət göstərir, xəbər və video kontentini geniş auditoriyaya təqdim edir.

5 sentyabr 2007-ci ildə başlayan rəqəmsal yol bu gün üç dildə yayımlanan, internet televiziyası və geniş beynəlxalq əməkdaşlıq şəbəkəsi olan Media Qrupuna çevrilib.

AFN.az kollektivi "Yeni Çağ" rəhbərliyini və əməkdaşlarını təbrik edir, daha böyük nailiyyətlər arzulayır!





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu