Hollandiya 86 ton qızıl ehtiyatını Amerikadan Londona köçürdü
Hollandiya Mərkəzi Bankı Amerikada saxlanılan 86 ton qızıl ehtiyatını Londona köçürüb.
AFN.az xəbər verir ki, Hollandiya Mərkəzi Bankı Nyu-York və Ottavada yerləşən 86 ton qızıl ehtiyatını son altı ay ərzində Londona daşıyıb.
Bank açıqlamasında sözügedən transferin qızıl ehtiyatlarının daha asan alınıb-satılmasını təmin etmək və mümkün böhranlara qarşı hazırlıqlı olmaq məqsədilə həyata keçirildiyini bildirib.
Beləliklə, Şimali Amerikada saxlanılan qızılın 27,5 faizi Londona köçürülüb.
Hollandiya Mərkəzi Bankı İngiltərə Mərkəzi Bankında saxlanılan qızılın dünyada ən asan alınıb-satılan qızıllar arasında olduğunu bildirərək, Londondakı ehtiyatların mümkün böhran vəziyyətində daha sürətli istifadə edilə biləcəyini qeyd edib.
