Delsi Rodriguez: Ölkə hazır olanda seçki keçiriləcək
Venesuelanın müvəqqəti dövlət başçısı Delsi Rodrigez ölkədə lazımi şərtlər təmin edildikdə seçki keçiriləcəyini bildirərək, “Seçki olacaq, amma ölkə hazır olanda” deyib.
AFN.az xəbər verir ki, Rodriguez seçkilərin keçirilməsi üçün ölkədə lazımi şəraitin yaradılmasının vacib olduğunu vurğulayıb.
Paytaxt Karakasdakı Miraflores Dövlət Prezident Sarayında keçirilən mətbuat konfransında çıxış edən Rodriguez yanvarın 5-də vəzifəni təhvil aldıqdan bu yana “gecə-gündüz” çalışdığını bildirib.
Rodriguez Venesuelada lazımi şərtlər təmin edildikdə seçkiyə gediləcəyini vurğulayaraq, “Seçki olacaq, amma ölkə hazır olanda. Venesuelanın vaxtı çatdıqda seçki qutusuna getməyə tam hazır olması üçün dayanmadan çalışdım. Heç bir şübhəniz olmasın, bu ölkədə seçki keçiriləcək, lakin bu proses Venesuelanın tam hazır olduğu şəraitdə baş tutacaq” deyə bildirib.
Venesuelada demokratik sabitliyin təmin edilməsi və ölkəyə qarşı sanksiyalar çəmbərinin tamamilə qırılması üçün intensiv diplomatiya apardığını bildirən Rodriguez, “Venesuelada qüvvədə olan Konstitusiya və bu Konstitusiyanın təmin etdiyi demokratik quruluş mövcuddur. Üstəlik, seçki tarixini müəyyən edən şəxs də mən deyiləm” ifadələrini işlədib.
ABŞ Prezidenti Donald Trump da Venesuelanın seçkilərə “hələ hazır olmadığını” bildirmiş və ölkənin daha çox vaxta ehtiyacı olduğunu müdafiə etmişdi.

