BƏƏ İranla münasibətləri bərpa etmək niyyətindədir


Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Yaxın Şərqdəki münaqişə başa çatdıqdan sonra tez və ya gec İranla münasibətləri bərpa etməyə məcbur olacaq.

Bu barədə BƏƏ Prezidentinin diplomatiya məsələləri üzrə müşaviri Ənvər Qarqaş bəyan edib.

"İranla münasibətlər təkcə BƏƏ üçün deyil, bütün Fars körfəzi ölkələri üçün mərkəzi məsələ olaraq qalır. İran bizim qonşumuzdur və müəyyən bir məqamda bərpa edilməsi mümkün olanları bərpa etmək yolunu tapmalı olacağıq. Coğrafiya bizə başqa alternativ qoymur", - deyə o, Əbu-Dabidə Yaxın Şərqin geopolitikası, iqtisadiyyatı və təhlükəsizliyi məsələlərinə həsr olunmuş "Hili Forum" beynəlxalq forumundakı çıxışı zamanı bildirib.

Bununla belə, Qarqaş ölkələr arasında etimadın bərpasının başqa bir məsələ olduğunu vurğulayıb, çünki funksional münasibətləri nizama salmaq daha asandır. Onun sözlərinə görə, etimadın tam bərpası üçün çoxlu illər, bəlkə də onilliklər tələb oluna bilər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu