Tramp Kanadanın Baş nazirini qubernator adlandırdığı fotonu paylaşıb
ABŞ Prezidenti Donald Tramp Kanadanın Baş naziri Mark Karni ilə hokkey oynadığı və onu qubernator adlandırdığı təsviri dərc edib.
AFN.az xəbər verir ki, "Truth Social" şəbəkəsində paylaşılan fotoda Karni buz üstündə oturub, yanında duran Tramp isə "Ayağa qalx, qubernator" deyir. O, bu jestlə Kanada Baş nazirinin guya Amerikanın bir ştatının rəhbəri olduğuna eyham edib.
Qeyd edək ki, Amerika prezidenti dəfələrlə Kanadanın ABŞ-ın 51-ci ştatı olmalı olduğunu bildirib. Hətta o, Kanada sakinlərinin bir çoxunun ölkələrinin bu statusda ABŞ-a qoşulmasının tərəfdarı olduğu fikrini irəli sürüb.
Karni, eləcə də hökumətin əvvəlki rəhbəri Castin Trüdo Kanadanın heç vaxt və heç bir formada ABŞ-nin tərkibinə daxil olmayacağını bəyan ediblər.
