Uitkoff və Kuşner Kiyev səfərindən sonra ABŞ-a yola düşüblər
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin kürəkəni, sahibkar Cared Kuşner Kiyevə səfərdən sonra Polşadan ABŞ-a uçublar.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə danışıqlar aparan heyəti daşıyan təyyarənin yola düşdüyü Jeşuv beynəlxalq hava limanından məlumat verilib.
"Xüsusi bort saat 08:04-də (Bakı vaxtı ilə 10:04) yola düşüb", - deyə hava limanındakı həmsöhbət agentliyə bildirib.
ABŞ emissarlarını Rusiya Prezidenti Vladimir Putin qəbul etdikdən sonra təyyarə şənbə günü gecə Moskvadan Polşanın Jeşuv şəhərinə gəlib. Daha sonra onlar Polşadan qatarla Kiyevə yola düşüblər. Uitkoff və Kuşner Jeşuva eyni üsulla qayıdıblar. Onların Moskvaya, daha sonra isə Jeşuva uçuşu dövlətin birinci şəxslərinin daşınması üçün nəzərdə tutulmuş "Boeing C-32A" xüsusi təyyarəsində həyata keçirilib.
