Zelenski: Rusiyanın müxtəlif bölgələrində neft emalı zavodlarını və PUA obyektlərini vurduq
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın müxtəlif bölgələrindəki neft emalı zavodlarına və pilotsuz uçuş aparatı (PUA) obyektlərinə zərbələr endirdiklərini bildirib.
AFN.az xəbər verir ki, Zelenski sosial media hesablarında etdiyi açıqlamada Ukrayna ordusunun Rusiyanın hücumlarına ədalətli şəkildə cavab verməyə davam etdiyini qeyd edib.
Rusiyanın Ryazan vilayətindəki neft emalı zavodunun vurulduğunu bildirən Zelenski Perm vilayəti və Tatarıstandakı neft emalı zavodlarına qarşı uzaqmənzilli hücumlar həyata keçirildiyini açıqlayıb.
Zelenski həmçinin Kursk vilayətində hücum məqsədli PUA-ların saxlanıldığı və buraxıldığı obyektlə yanaşı, Qara dənizdəki bir hədəfin də vurulduğunu bildirib.

