Bitcoin 80 min dollar həddinin altına düşdü



Bitcoin bu gün həyata keçirilən əməliyyatlar zamanı 80 min dolların altına qədər geriləyib.

AFN.az xəbər verir ki, ötən cümə günü açıqlanan ABŞ-nin kənd təsərrüfatı sahəsindən kənar məşğulluq göstəricisi qlobal bazarlarda dolların güclənməsinə və səhmlərdən qaçışı sürətləndirib.

Kənd təsərrüfatı sahəsindən kənar məşğulluğun gözləntilərdən xeyli yüksək olması FED-in bu ay faiz dərəcəsini artıracağı ilə bağlı gözləntilərə səbəb olub. Bu isə daha yüksək gəlir əldə etmək imkanı yaratdığı üçün dolların möhkəmlənməsinə gətirib çıxarıb.

Bu səbəbdən riskli aktivlərdən qaçış sürətlənib. Kriptovalyutalar da ən riskli aktivlər kimi bundan öz payını alıb.

Bu gün Bitcoin 80 min dolların altına geriləyib. Saat 17:11-də Bitcoin 79 603 dollardan ticarət olunurdu. Ticarət həcminə görə ikinci ən böyük kriptovalyuta olan Ethereum isə yüksəlişlə 2 507 dollardan satılır.

Kriptovalyuta bazarının ümumi dəyəri də 2,7 trilyon dollara geriləyib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu