Rusiyada qar uçqunu: 11 alpinist öldü, 6 nəfər itkin düşüb
Rusiyaya bağlı Kabardin-Balkar Respublikasında yerləşən Mijirgi dağında dünən baş verən qar uçqunu nəticəsində 11 alpinist ölüb, 6 alpinist isə itkin düşüb.
AFN.az xəbər verir ki, Rusiyaya bağlı Kabardin-Balkar Respublikasında yerləşən Mijirgi dağında qar uçqunu baş verib.
Dünən yerli vaxtla saat 17:00 radələrində baş verən qar uçqunu nəticəsində 11 alpinist ölüb, 6 alpinist yaralanıb. Yerli fövqəladə hallar xidmətlərinin məlumatına görə, 10 alpinist öz imkanları ilə dağdan enib, 6 alpinistin isə taleyi məlum deyil.
Rusiyanın Şimali Qafqazındakı ən yüksək zirvələrdən biri olan Mijirgi dağında axtarış-xilasetmə işlərinə 50-dən çox fövqəladə hallar əməkdaşı cəlb olunub. Qruplar çətin relyef şəraiti və yeni qar uçqununun baş vermə riskinin yüksək olması səbəbindən işlərin çətinliklə davam etdirildiyini bildiriblər.



