Şəhid anası vəfat etdi
Vətən müharibəsi şəhidi Qəşəm İbrahimlinin anası Gülçöhrə İbrahimova vəfat edib.
AFN.az xəbər verir ki, o, yaşadığı Ağdam rayonunun Xındırıstan kəndində dünyasını dəyişib.
Qeyd edək ki, 1995-ci il təvəllüdlü Qəşəm 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib və 9 oktyabr 2020-ci ildə Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
Ölümündən sonra bir neçə medalla təltif edilib.





