"Apple" "Broadcom"dan 30 milyar dollarlıq çip alacaq
ABŞ Prezidenti Donald Tramp istehsalı ölkə daxilinə köçürmək vədi ilə hakimiyyətə gəldikdən sonra şirkətlər də bu prosesə uyğunlaşmağa başlayıblar.
AFN.az xəbər verir ki, "Apple" ABŞ-nin digər texnologiya istehsalçısı "Broadcom" şirkətindən 30 milyar dollarlıq çip almaq öhdəliyi götürüb.
"Apple" Tramp seçildikdə Birləşmiş Ştatlara 600 milyar dollarlıq investisiya qoyacağı barədə söz vermişdi.
Bu razılaşma isə 5 illik dövrü əhatə edir.
"Apple" tərəfindən istehsal olunan "iPad", "iPhone" və "MacBook" cihazlarının internetə və mobil operatorlara qoşulmasını təmin edən çipləri uzun müddətdir "Broadcom" təmin edir.
"Financial Times" qəzetində yer alan xəbərə görə, "Apple" bu anlaşma çərçivəsində 15 milyard ədəd çip istehsal olunacağını gözlədiyini açıqlayıb.
Digər tərəfdən, texnologiya nəhəngi "Broadcom"un zavoduna da sərmayə yatıracaq.
