Kanadanın Baş naziri: Müdafiə sahəsindəki xərcləri ciddi şəkildə artırdıq



Kanadanın Baş naziri Mark Karni NATO-da müdafiə yükünün tədricən ABŞ-dən Kanada və Avropa ölkələrinə keçdiyini bildirərək, ölkəsinin müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırdığını deyib.

AFN.az xəbər verir ki, Karni 36-cı NATO Dövlət və Hökumət Başçıları Sammitindən əvvəl mətbuat nümayəndələrinə açıqlama verib.

Kanadanın Baş naziri sammitin hibrid müharibə, hipersəs raketləri və avtonom döyüş texnologiyaları başda olmaqla müharibənin mahiyyətinin sürətlə dəyişdiyi və qarşılaşdıqları təhlükələrin getdikcə şaxələndiyi bir dövrdə keçirildiyini diqqətə çatdırıb.

Rusiyanın birbaşa təhdid olduğunu vurğulayan Karni alyans daxilindəki yük bölgüsünün ABŞ-dən Kanada və Avropaya doğru yönəldiyini, Kanadanın müdafiə xərclərini ciddi şəkildə artırdığını qeyd edib.

Ölkəsi adından danışan Baş nazir müdafiə xərclərində böyük bir artımın müşahidə olunduğunu, hazırda Kanada müdafiəsinə ümumi daxili məhsulun 1,5 faizinin ayrıldığını və bu nisbətin növbəti iki ildə 4 faizə çatdırılacağını bildirib.

Ankaraya gəlməzdən əvvəl ABŞ Prezidenti Donald Trampla uzun bir görüş keçirdiyini xatırladan Karni Trampın NATO daxilində yük bölgüsündəki dəyişikliyi görmək istədiyini, bu prosesin artıq başladığını və sürətləndiyini ifadə edib.

Karni İranın Səudiyyə Ərəbistanı və Qətərdəki nöqtələri hədəf alaraq məsuliyyətsiz davrandığını müdafiə edərək, regionda gərginliyin azalmasını istədiklərini xüsusi olaraq vurğulayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu