Kanadanın Avropadakı hərbi mövcudluğu son 30 ilin ən yüksək səviyyəsindədir
Kanadanın Baş naziri Mark Karni NATO-nun Baş katibi Mark Rutte ilə keçirdiyi görüşdə ölkəsinin Avropadakı daimi hərbi mövcudluğunun son 30 ilin ən yüksək səviyyəsinə çatdığını bildirib.
AFN.az xəbər verir ki, Kanada baş nazirliyinin ofisindən verilən açıqlamaya görə, Karni Rutte ilə telefon vasitəsilə danışıb.
İkilinin 7-8 iyul tarixlərində Ankarada təşkil olunacaq NATO Sammiti ərəfəsində müdafiə investisiyalarının gücləndirilməsi, NATO-nun müdafiə potensialı və Ukraynaya verilən dəstəyin davam etdirilməsi məsələlərini müzakirə etdiyi bildirilib.
Baş nazir Karninin danışıq zamanı Kanadanın müdafiə investisiyalarını əhəmiyyətli dərəcədə artırdığını vurğuladığı, ölkəsinin NATO-nun 5 faizlik müdafiə xərcləri hədəfinə çatmaq yolunda olduğunu təsdiqlədiyi qeyd edilib.
Bundan əlavə, Karninin Kanadanın Avropadakı daimi hərbi mövcudluğunun son 30 ilin ən yüksək səviyyəsinə yüksəldiyini ifadə etdiyi, tərəflərin sıx əməkdaşlığı davam etdirmək barədə razılığa gəldiyi qeyd olunub.
