Kanadanın növbəti baş naziri martın 14-də and içəcək

Kanadanın növbəti baş naziri Mark Karni martın 14-də and içəcək və hökumətə rəhbərliyə başlayacaq.
AFN.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, mərasim Ottava vaxtı ilə saat 11:00-da Kanadanın general-qubernatoru Meri Saymonun iqamətgahında baş tutacaq. Karniyə onun kabinetinin üzvləri də qoşulacaq, lakin onun tərkibində kimin olacağı hələ ki, bəlli deyil. Hazırkı baş nazir Castin Trüdo mərasimdən əvvəl istefa verəcək.
Martın 9-da Kanadanın hakim Liberal Partiyası Kanada Bankının keçmiş rəhbəri Mark Karnini yeni lider seçib. O, hazırda oktyabrın 20-nə təyin edilmiş növbəti parlament seçkilərinə qədər yeni baş nazir olacaq.