Şüvəlanda dənizdə batan 28 yaşlı gəncin meyiti tapıldı
Dünən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 1998-ci il təvəllüdlü Mustafayev Adıgözəl Ehtibar oğlunun meyiti tapılıb.
AFN.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, meyit FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


