AZAL-dan gələn səhv SMS: 106 yerlik təyyarə Naxçıvandan Bakıya 36 nəfərlə uçdu - VİDEO
Naxçıvanda kassalarda bilet tapılmır, AZAL təyyarələri isə Bakıya boş yerlərlə uçur.
106 yerlik təyyarə Naxçıvandan Bakıya 36 nəfərlə uçur. Bilirsiz niyə? Çünki AZAL-ın əməkdaşı bu reysin sərnişinlərinə təyyarənin 07:55-də deyil 21:30-da uçaçağı ilə bağlı SMS göndərib.
AFN.az xəbər verir ki, bu barədə turizm bələdçisi, Mehman Şabanov sosial şəbəkədə yazıb.
O, qeyd edib ki, 70 sərnişin buna görə reysə gəlməyib və təyyarədə yerlər boş qalıb.
Şabanov bildirib ki, görəsən AZAL-ın dövlətə ziyan vuran həmin əməkdaşı cəzalandırılacaqmı?: "Heç olmasa kassanın qarşısında bilet gözləyən digər vətəndaşlara o yerləri satardılar ki, həm təyyarə boş uçmazdı, həm də vətəndaşlar saatlarla bilet gözləməzdilər".
Hava Limanında bilet ala bilməyən sərnişinlər iddia edirlər ki, məqsəd sərnişin yerinə yük daşımaqla daha çox gəlir əldə etməkdir.


