AZAL-ın təyyarəsi İranın Rəşt şəhərində təcili eniş etdi, sonra Bakıya qayıtdı

AFN.az xəbər verir ki, Həcc ziyarətindən qayıdan zəvvarların ilk qrupunu daşıyan AZAL-a məxsus təyyarə təcili eniş etdikdən sonra təhlükəsiz şəkildə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Azərbaycana yola düşən sərnişin təyyarəsi uçuş zamanı zəvvarlardan birinin səhhətinin pisləşməsi səbəbindən təcili olaraq İranın Rəşt şəhərindəki hava limanına eniş etmək məcburiyyətində qalıb.
Təyyarədə olan zəvvarlardan birinin verdiyi məlumata görə, bu qərar uçuş heyəti tərəfindən verilib və hadisə təhlükəsiz şəkildə idarə olunub.
Əlavə olaraq qeyd olunur ki, təyyarə müvafiq tibbi yardımı göstərdikdən sonra Bakıya geri dönüb.