İspaniya müxalifəti Seuta böhranına görə baş naziri ittiham edir


İspaniyanın əsas müxalif Xalq Partiyasının lideri Alberto Nunyes Feyhoo Şimali Afrikada yerləşən Seuta şəhərində yaşanan miqrant böhranı fonunda hökumət rəhbəri Pedro Sançesin Aİ-də və dünyada təcrid olunmuş vəziyyətə düşdüyünü bildirib.

AFN.az xəbər verir ki, müxalifət lideri baş verənləri İspaniyanın ərazi bütövlüyünün qəsdən pozulması və işğal aktı kimi qiymətləndirib. O, İspaniya xüsusi xidmət orqanlarının qanunsuz miqrant axını barədə əvvəlcədən məlumatlı olub-olmadığını sual altına alaraq, ölkənin üzləşdiyi bu vəziyyətin bütün cəmiyyətə çatdırılmalı olduğunu vurğulayıb.

İyulun sonlarında on minlərlə miqrant üzərək və ya dalğaqıranı keçərək Seutaya daxil olub. İspaniya hökumətinin məlumatına görə, şəhərə çatmaq istəyərkən ən azı 72 nəfər həlak olub, Mərakeş tərəfi isə 11 nəfərin öldüyünü bildirib. Vəziyyətlə bağlı təhlükəsizliyin təmin edilməsinə hərbçilər cəlb olunub. Miqrantların böyük əksəriyyəti artıq Mərakeşə qaytarılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu