Qarabağ Universitetinə qəbul balları açıqlandı
Qarabağ Universiteti 2026/2027-ci tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul aparılacaq ixtisaslar üçün minimal bal tələblərini müəyyən edib.
Bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb.
Məlumata əsasən, ixtisaslar arasında ən aşağı hədd 250 bal olaraq "Turizm işinin təşkili" ixtisası üzrə müəyyənləşdirilib. Ən yüksək keçid balı isə "Tibb" ixtisası üçün 600 bal müəyyən edilib.



