Fransada isti hava səbəbindən 21 vilayətdə narıncı xəbərdarlıq elan edildi



Yeni isti hava dalğasının təsiri altında olan Fransanın 21 vilayətində yüksək temperatur səbəbindən xəbərdarlıq səviyyəsi narıncıya qaldırılıb.

AFN.az xəbər verir ki, Fransanın meteorologiya xidməti Meteo-France meşə yanğınlarının davam etdiyi JirondLand vilayətləri də daxil olmaqla, əsasən ölkənin cənubunda yerləşən 21 vilayət üçün narıncı hava xəbərdarlığı elan edib.

Bununla yanaşı, 29 vilayətdə meşə yanğınları ilə bağlı yüksək risk xəbərdarlığı verilib. MozelMört-et-Mozel vilayətlərində isə yanğın təhlükəsinin çox yüksək səviyyədə olduğu açıqlanıb.

Jirondakı yanğın qismən nəzarət altına alınıb.

İyulun 22-dən davam edən yanğın nəticəsində 42 min hektardan çox ərazi yanıb, 220 mindən artıq insan təxliyə olunub. Hazırda alovun söndürülməsi istiqamətində havadan və qurudan müdaxilə davam etdirilir. Rəsmilərin məlumatına görə, yanğın qismən nəzarət altına alınıb.

Jirond vilayətində A63 avtomagistralı yenidən nəqliyyatın istifadəsinə verilib. Vilayət administrasiyası daha əvvəl təxliyə olunan 9 şəhər və qəsəbədə yaşayan 84 min nəfərin evlərinə qayıda biləcəyini bildirib.

Digər tərəfdən, Var vilayətinin Briqnol şəhəri yaxınlığında baş vermiş meşə yanğını 130 hektar ərazini külə çevirdikdən sonra ötən gecə tam söndürülüb. Yanğının söndürülməsi zamanı 4 yanğınsöndürən xəsarət alıb.

Qeyd edək ki, Fransa tarixinin ən ağır meşə yanğınları mövsümlərindən birini yaşayır. Bu il ölkədə ümumilikdə 116 min hektar ərazi yanaraq məhv olub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu