"Neftçi" və "Zirə" Konfrans Liqası ilə vidalaşdı


UEFA Konfrans Liqasında mübarizə aparan Azərbaycan təmsilçiləri "Neftçi" və "Zirə" klubları ikinci təsnifat mərhələsində turnirlə vidalaşıblar. Beləliklə, hər iki komanda avrokuboklarda çıxışını erkən başa vurub.

AFN.az xəbər verir ki, "Neftçi" Belarusun "Dinamo" (Minsk) komandası ilə cavab görüşünə səfərdə çıxıb. İlk matçda Bakıda 2:4 hesabı ilə məğlub olan paytaxt təmsilçisi cavab qarşılaşmasında üstünlük qazanmasına baxmayaraq, iki oyunun nəticəsinə görə növbəti mərhələyə yüksələ bilməyib və UEFA Konfrans Liqasını tərk edib.

"Zirə" isə Estoniyanın "Paide" klubu ilə cavab oyununda mübarizə aparıb. İlk görüşdə minimal hesabla uduzan Rəşad Sadıqovun komandası cavab matçında da istəyinə çata bilməyib və avrokuboklarla vidalaşıb.

Avrokuboklarda ölkəmizi yalnız "Qarabağ" və "Sabah" təmsil etməyə davam edəcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu