İspaniya kəşfiyyatı: Mərakeş Seutaya miqrant axınının qarşısını almayıb
İspaniya kəşfiyyatı hesab edir ki, Mərakeş hakimiyyəti Şimali Afrikada yerləşən İspaniyanın Seuta şəhərinə istiqamətlənən miqrant axınının qarşısını almayıb və baş verənlərdən siyasi dividendlər götürüb.
AFN.az "El Pais" nəşrinə istinadən xəbər verir ki, xüsusi xidmət orqanları qanunsuz miqrant axınının Rabat tərəfindən əvvəlcədən planlaşdırılmadığını, lakin Mərakeş hakimiyyətinin sərhədə axışan insanları saxlamayaraq, faktiki olaraq onların yolunu açdığını bildirirlər. Mərakeş bundan istifadə edərək Seuta və Melilyaya olan iddialarını dünya mediasının gündəminə çıxara bilib.
İyulun sonlarında on minlərlə miqrant üzərək və ya dalğaqıranı keçərək Seutaya çatıb. Hadisələr fonunda İspaniya təhlükəsizliyi təmin etmək üçün hərbçiləri cəlb edib. Məlumata görə, şəhərə çatmaq istəyərkən ən azı 72 nəfər həlak olub. Miqrantların böyük əksəriyyətinin artıq Mərakeşə qayıtdığı bildirilir.
İspaniyanın Baş naziri Pedro Sançes baş verənləri ölkənin ərazi bütövlüyünün pozulması adlandırıb. Məlumata görə, insan alverçiləri sosial şəbəkələrdə Ali Məhkəmənin qərarını təhrif edərək miqrantları Seutaya çata biləcəklərinə inandırıblar.

