İspaniya Baş naziri dünya çempionatının finalını canlı izləyəcək
İspaniyanın hökumət başçısı Pedro Sançes ABŞ-da keçirilən futbol üzrə dünya çempionatının final oyununu stadiondan canlı izləyəcək.
AFN.az xəbər verir ki, bu barədə məlumatı EFE agentliyi yayıb.
İlkin olaraq Nazirlər Kabineti Baş nazirin iyulun 20-nə planlaşdırılan Əlcəzair səfəri səbəbindən ABŞ-a getməyəcəyini açıqlamışdı. Lakin son qərara əsasən, Sançes tarixi qarşılaşmanı izlədikdən dərhal sonra birbaşa Şimali Afrika respublikasına yola düşəcək.
Mühüm oyunda İspaniya rəsmiləri təkcə Baş nazirlə təmsil olunmayacaq. Belə ki, final matçını İspaniya Kralı VI Filip, xanımı kraliça Letisiya, vəliəhd şahzadə Leonor və infanta Sofiyanın da stadiondan izləyəcəyi gözlənilir.

