Türkiyənin yerli atom saatı kosmosa buraxıldı



Türkiyə Milli Kosmos Proqramının strateji hədəfləri arasında yer alan Regional Mövqeləndirmə və Zamanlama Sistemi üçün kritik əhəmiyyətə malik Rubidium Atom Saatı (RAFS) "SpaceX Transporter-17" missiyası çərçivəsində uğurla kosmosa buraxılıb.

AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, kosmik gəmidən ilk siqnal da uğurla qəbul edilib.

Türkiyə Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır Rubidium Atom Saatının "SpaceX Transporter-17" missiyası daxilində uğurla kosmosa göndərildiyini açıqlayıb.

Kosmik aparatdan ilk siqnalın da uğurla alındığı qeyd olunub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu