BƏƏ: İranın Bəhreyn, Küveyt, Qətər və İordaniyaya hücumları suverenliyin pozulmasıdır



Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın Bəhreyn, Küveyt, Qətər və İordaniyaya qarşı həyata keçirdiyi hücumları pisləyərək, bu zərbələri sözügedən ölkələrin suverenliyinin açıq-aşkar pozulması kimi qiymətləndirib.

AFN.az xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyindən verilən yazılı bəyanatda İranın Bəhreyn, Küveyt, Qətər və İordaniyaya raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə təşkil etdiyi hücumlar kəskin şəkildə pislənilib.

Açıqlamada bu hücumların qardaş ölkələrin suverenliyinin açıq pozulması, təhlükəsizliyinə və sabitliyinə yönəlmiş təhdid olduğu vurğulanaraq, BƏƏ-nin Bəhreyn, Küveyt, Qətər və İordaniya ilə tam həmrəy olduğu və bu ölkələrin təhlükəsizliyi ilə sabitliyini qorumağa yönəlmiş bütün səylərini dəstəklədiyi bildirilib.

Bəhreyn, Qətər, Küveyt və İordaniya bundan əvvəl yaydıqları bəyanatlarda hava hücumundan müdafiə sistemlərinin İran mənbəli hava hücumlarının qarşısını aldığını elan etmişdilər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu