FIFA Dünya Kubokunda ilk: Çempion komandaya xüsusi üzük veriləcək
ABŞ, Kanada və Meksikanın ev sahibliyi ilə keçirilən FIFA 2026 Dünya Kubokunda çempion olacaq komandaya turnir tarixində ilk dəfə çempionluq üzüyü təqdim ediləcəyi açıqlanıb.
AFN.az xəbər verir ki, FIFA 2026 Dünya Kubokunda çempion iyulun 19-da Nyu-Cersi Stadionunda keçiriləcək Argentina - İspaniya matçı ilə bəlli olacaq.
FIFA qalib komandaya NBA və NFL kimi turnirlərdə mükafat olaraq təqdim edilən çempionluq üzüyünün veriləcəyini bildirib.
Yalnız 2026 ədəd istehsal olunacaq üzüyün 30-u qalib komandaya veriləcək, 1996 ədədi isə dünya miqyasında azarkeşlərə rəsmi lisenziyalı məhsul kimi təqdim olunacaq.
FIFA üzüyün bir tərəfində FIFA Dünya Kuboku həkk olunacağını, digər tərəfin isə qalib komandaya özəl olaraq fərdiləşdiriləcəyini açıqlayıb.
Həmçinin hər bir üzüyün ayrı-ayrı nömrələnəcəyi və şəxsə özəl hazırlanaraq orijinallıq sertifikatı ilə birgə təhvil veriləcəyi bəyan edilib.
