Bakı-Tbilisi qatarının bərpası AZAL-ın reyslərinə necə təsir göstərib?


Bakı-Tbilisi beynəlxalq sərnişin qatarının fəaliyyətə başlamasından sonra bu marşrut üzrə hava daşımalarına tələbatın azalacağı gözlənilirdi. Lakin "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu istiqamətdə hər hansı dəyişiklik olmadığını bildirir.

Belə ki, AFN.az-ın sorğusuna cavab olaraq AZAL-dan deyilib ki, qatar reyslərinin bərpası Bakı-Tbilisi istiqamətində həyata keçirilən aviareyslərin sayına təsir göstərməyib.

"Azərbaycan Hava Yollarının Bakı-Tbilisi-Bakı marşrutu üzrə icra edilən müntəzəm reyslərinin sayında hər hansı dəyişiklik tətbiq olunmayıb. Hazırda sözügedən istiqamət üzrə gün ərzində 12 müntəzəm uçuş (gediş-gəliş) həyata keçirilir" - deyə QSC-dən bildirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu