Afrikada Ebola virusu həyəcanı davam edir



Konqo Demokratik Respublikasında Ebola virusu qaynaqlı yoluxma sayı 2 mini keçib, həyatını itirənlərin sayı isə 800-ə yaxınlaşıb.

AFN.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) epidemiyanın görülən tədbirlərdən daha sürətlə yayıldığı barədə xəbərdarlıq edib.

Ölkədə yoluxma sayı 2 mini, ölənlərin sayı 800-ü keçərkən Ümumdünya Səhiyyə Təşkilatı virusun ölkədəki yayılma sürətinə diqqət çəkib. Epidemiyanın alınan qabaqlayıcı tədbirlərdən daha sürətli yayıldığı vurğulanıb.

ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus "Hazırda tarixdəki ən böyük üçüncü Ebola epidemiyası ilə üz-üzəyik. Virus son aylarda əvvəlki epidemiyadan çox daha sürətli yayılma nümayiş etdirdi" deyə bildirib.

Epidemiyanın təsir etdiyi digər bir ölkə olan Uqandada isə ümidverici məqamlar yaşanır. Ebola müalicəsi alan son xəstənin evə buraxıldığı elan edilib.

Ölkədə 42 günlük müşahidə prosesi başlayıb. Bu müddət ərzində yeni yoluxma qeydə alınmazsa, Ümumdünya Səhiyyə Təşkilatı Uqandanı Eboladan azad olunmuş ölkə elan edəcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu