Küveyt: İranın hücumunda elektrik istehsalı və su təmizləyici qurğusu hədəf alınıb



Küveyt İranın ölkəyə qarşı həyata keçirdiyi hücumda bir elektrik istehsalı və su təmizləyici qurğusunun hədəf alındığını, hücum nəticəsində baş verən yanğında obyektə ziyan dəydiyini və çoxlu sayda elektrik istehsalı blokunun sıradan çıxdığını bəyan edib.

AFN.az xəbər verir ki, Küveytin Elektrik, Su və Bərpa Olunan Enerji Nazirliyindən verilən açıqlamada İranın hücumu səbəbindən elektrik istehsalı və su təmizləyici qurğusunda yanğın baş verdiyi, infrastruktura ziyan dəydiyi və çoxlu sayda elektrik istehsalı aqreqatının zədələndiyi bildirilib.

Açıqlamada yanğınsöndürmə briqadalarının yanğını nəzarət altına aldığı, texniki heyətin isə zədələnmiş blokların təmiri və yenidən istismara verilməsi üçün işləri davam etdirdiyi vurğulanıb.

Elektrik şəbəkəsinin sabitliyinin diqqətlə izlənildiyi qeyd edilən bəyanatda əhalidən bu fövqəladə proses zamanı elektrik enerjisindən qənaətlə istifadə etmələri xahiş olunub.

Açıqlamada həmçinin baş verənlərlə bağlı ictimaiyyətin rəsmi rabitə kanalları vasitəsilə məlumatlandırılmağa davam ediləcəyi diqqətə çatdırılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu