İran İslam İnqilabı Keşikçiləri Korpusu: Qətərdəki bazada yerləşdirilən ABŞ təyyarələri hədəf alınıb - VİDEO
İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın Qətərdəki bazada yerləşdirilən yanacaqdoldurma təyyarələri və radar sisteminin hədəf alındığını bəyan edib.
AFN.az xəbər verir ki, Keşikçilər Korpusunun yazılı açıqlamasında İrana edilən hücumlara cavab olaraq "16-cı əməliyyat dalğası" çərçivəsində ABŞ-ın yanacaqdoldurma təyyarələrinin vurulduğu bildirilib.
Açıqlamada Qətərdə yerləşən ABŞ-a məxsus yanacaqdoldurma təyyarələri ilə radar sisteminin hədəfə alındığı, bunlardan bəzilərinin məhv edildiyi iddia olunub.
Bəhreyn, Küveyt və Ummandakı ABŞ obyektlərinə də hücumlar təşkil edilib.
İnqilab Keşikçiləri Korpusu 11-ci və 12-ci hücum dalğalarına dair yaydığı bəyanatlarda Bəhreyn və Küveytdəki ABŞ hədəflərinə qarşı zərbələr endirildiyini elan etmişdi.
Bu çərçivədə 11-ci hücum dalğasında ABŞ ordusuna aid kəşfiyyat təyyarələri və helikopterlərin olduğu Bəhreyndəki Səxir Hərbi Hava Bazasının kamikadze pilotsuz uçuş aparatları ilə vurulduğu qeyd olunmuşdu.
Eyni şəkildə 12-ci hücum dalğasında isə ABŞ-ın hücumlarına cavab olaraq Küveytdəki raketdən müdafiə, aşkar etmə və erkən xəbərdarlıq radarı, silah anbarları, qurudan-quruya raket buraxılış qurğusu və bu sistemlərə aid çoxlu sayda ehtiyat raketin hədəf alındığı ifadə edilmişdi.
İnqilab Keşikçiləri Korpusu 13-cü hücum dalğasında isə Ummandakı Qanem bölgəsində yerləşən hava idarəetmə radarı ilə Səlamə qayalıqlarındakı dəniz idarəetmə radarının hədəf alındığını bildirmişdi.
