Misli Premyer Liqasında 2026/2027 mövsümünün təqvimi müəyyənləşdi
Misli Premyer Liqasının 2026/2027-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.
AFN.az xəbər verir ki, "Holiday Inn" hotelində təşkil olunan tədbirdə Misli Premyer Liqasında çıxış edəcək komandaların 2026/2027-ci illər mövsümü üzrə oyun təqvimi rəsmən müəyyənləşdirilib.
Yeni mövsümdə çempionluq uğrunda "Sabah", "Qarabağ", "Turan Tovuz", "Neftçi", "Zirə", "Araz-Naxçıvan", "Sumqayıt", "Şamaxı", "İmişli", "Kəpəz" və "Qəbələ" klubları mübarizə aparacaqlar.
Bununla yanaşı, ötən mövsümün yekunlarına əsasən elitaya vəsiqə qazanan "Şəfa" kollektivi Premyer Liqanın yeganə debütantı kimi tarixində ilk dəfə yüksək liqada çıxış edəcək.
Beləliklə, 12 komandanın iştirak edəcəyi çempionat 3 dövrə və ümumilikdə 33 turdan ibarət formatda təşkil olunacaq.
Eyni zamanda, ölkənin ən güclü komandalarının mübarizə aparacağı yeni mövsümün start tarixi də rəsmən dəqiqləşib. Premyer Liqada 2026/2027-ci illər mövsümünə avqustun 14-də keçiriləcək I turun oyunları ilə start veriləcək.
Misli Premyer Liqası
I tur
"Araz-Naxçıvan" – "İmişli"
"Kəpəz" – "Sabah"
"Şamaxı" – "Qarabağ"
"Turan Tovuz" – "Qəbələ"
"Sumqayıt" – "Neftçi"
"Zirə" – "Şəfa"
