Bu gün Premyer Liqanın püşkü atılacaq


Futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünün püşkatma mərasimi keçiriləcək.

AFN.az xəbər verir ki, tədbir bu gün, saat 15:00-da start götürəcək.

Çempionatda "Araz-Naxçıvan", "İmişli", "Kəpəz", "Qarabağ", "Qəbələ", "Neftçi", "Sabah", "Sumqayıt", "Şamaxı", "Şəfa", "Turan Tovuz" və "Zirə" komandaları mübarizə aparacaq.

Xatırladaq ki, Premyer Liqanın 2026/2027 mövsümünə avqustun 14-də start veriləcək. Ötən mövsüm "Sabah" çempionatın qalibi olub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu