“Turan Tovuz” “Neftçi”yə, “Kəpəz” “Zirə”yə qarşı
Bu gün Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək.
Turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
“Kəpəz” Yevlax şəhər stadionunda “Zirə” ilə qarşılaşacaq. Görüş saat 14:00-da başlayacaq.
Günün son matçı Tovuz şəhər stadionunda baş tutacaq. “Turan Tovuz” doğma meydanda “Neftçi” ilə üz-üzə gələcək. Matçın start fiti saat 18:30-da veriləcək.
Azərbaycan Premyer Liqası
28 noyabr
14:00 — “Kəpəz” – “Zirə”
Hakim: Rəşad Əhmədov
Yevlax şəhər stadionu
18:30 — “Turan Tovuz” – “Neftçi”
Hakim: Fərid Hacıyev
Tovuz şəhər stadionu

