Uqandada tələbə avtobusu aşdı: 21 nəfər həyatını itirdi



Uqandada tələbə avtobusunun aşması nəticəsində 20-si tələbə olmaqla 21 nəfər həyatını itirib.

AFN.az xəbər verir ki, polis avtobusun təlim proqramı üçün ölkənin şərqinə doğru hərəkət etdiyi vaxt Kapçorva qəsəbəsində baş verən qəzada 20-si tələbə olmaqla 21 nəfərin öldüyünü bildirib.

Çoxlu sayda insanın yaralandığı qəzanın texniki nasazlıq səbəbindən sürücünün idarəetməni itirməsi nəticəsində baş vermiş ola biləcəyi qeyd edilib.

Qəzadan sonra yaralı tələbələrə ətrafdakı insanların kömək etməyə çalışdığı, xəsarət alanların xəstəxanada müalicəsinin davam etdiyi açıqlanıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu