İran Bəhreydəki Amerika donanmasını hədəf aldı
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Bəhreyndəki 5-ci Donanmasını pilotsuz uçuş aparatları (PUA) ilə atəşə tutduğunu elan edib.
AFN.az xəbər verir ki, SEPAH ABŞ-ın ölkənin cənubuna yönəlmiş hərbi əməliyyatları ilə bağlı bəyanat yayıb.
Bəyanatda ABŞ-ın saxta bəhanələrlə Cask, Sirik və Qeşmdə müxtəlif nöqtələrə hücum etdiyi, bu zərbələr nəticəsində Sirikdə 2 su anbarının vurulduğu və 1 rabitə qülləsinə ziyan dəydiyi qeyd olunub.
Sənəddə həmçinin bildirilib ki, bu hüquq pozuntularına cavab olaraq, İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri yerli vaxtla səhər saat 02:30-da ABŞ-ın Bəhreyndə yerləşən 5-ci Donanmasına PUA-larla zərbələr endirib.
ABŞ qüvvələri ilə qarşıdurmanın davam etdiyini və SEPAH bölmələrinin hərbi cavab tədbirlərini davam etdirdiyini vurğulayan bəyanatda ABŞ tərəfinin hücumları dayandırmayacağı təqdirdə daha ağır addımların atılacağı barədə xəbərdarlıq edilib.
