Venesueladakı zəlzələlərdə həyatını itirənlərin sayı 4930-a çatdı
Venesuelada iyunun 24-də baş verən iki böyük zəlzələdə həyatını itirənlərin sayının 4930 nəfərə yüksəldiyi elan edilib.
AFN.az xəbər verir ki, Venesuela Milli Məclisinin sədri Xorxe Rodriges sosial şəbəkə hesabında zəlzələlərlə bağlı açıqlama verib.
Fəlakət nəticəsində həyatını itirənlərin sayının 101 nəfər artaraq 4930-a çatdığını qeyd edən Rodriges yaralı sayının isə 16 740 nəfər olduğunu bildirib.
Rodriges iyunun 24-də meydana gələn zəlzələlərdən bəri bölgədə 1308 avterşokun qeydə alındığını vurğulayıb.
ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) iyunun 24-də Venesuelada 39 saniyə aralıqla 7,2 və 7,5 maqnitudalı iki böyük zəlzələnin baş verdiyini bildirmişdi.
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) iyunun 26-da verdiyi açıqlamada zəlzələlərin birbaşa vurduğu fiziki ziyanın dəyərini 6,7 milyard dollar məbləğində hesablamışdı.
Axtarış-xilasetmə işlərinin davam etdiyi ölkədə ölənlərin və yaralananların sayının artacağından narahatlıq keçirilir.
