Avrozonada inflyasiya gözləntilər səviyyəsində reallaşıb
Avrozonada istehlak qiymətləri iyun ayında əvvəlki illə müqayisədə 2,8 faiz artaraq gözləntilərə paralel şəkildə dəyişib.
AFN.az xəbər verir ki, Avropa İttifaqının statistika idarəsi "Eurostat"ın təqdim etdiyi məlumatlara əsasən, Avrozonada inflyasiya iyun ayında bir əvvəlki ayla müqayisədə 0,1 faiz azalaraq proqnozlara uyğun nəticələnib.
Avrozonada enerji və emal olunmamış qida qiymətləri istisna olmaqla, baza inflyasiya illik müqayisədə 2,1 faiz artıb.

