DÇ-2026-nın finalı ona tapşırıldı


2026-cı il dünya çempionatının İspaniya və Argentina milliləri arasında keçiriləcək final qarşılaşmasını idarə edəcək hakimlər briqadası açıqlanıb.

AFN.az xəbər verir ki, həlledici görüş FIFA tərəfindən sloveniyalı referi Slavko Vinçiçə həvalə olunub.

46 yaşlı hakimin köməkçiləri həmyerliləri Tomaj Klançnik və Andraj Kovaçiç olacaq. Oyunun dördüncü hakimi kimi iordaniyalı Adham Mahadme, ehtiyat köməkçi hakim qismində isə onun həmyerlisi Məhəmməd Əl-Kalaf fəaliyyət göstərəcək.

Qeyd edək ki, İspaniya – Argentina finalı 19 iyun tarixində Nyu-York şəhərində keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu