Çempionlar Liqasının finalını idarə edəcək hakim bəlli oldu


UEFA Çempionlar Liqasının finalını idarə edəcək hakimlər açıqlanıb.


Fransanın PSJ və İtaliyanın “İnter” klubları arasında keçiriləcək final qarşılaşmasını Rumıniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın əsas hakimi İştvan Kovaç olacaq. Ona bu işdə Mixay Marika və Ferens Tunyoqi kömək edəcəklər.

Dördüncü hakim funksiyasını isə portuqaliyalı Yuan Pineyru yerinə yetirəcək.

Qeyd edək ki, görüş mayın 31-də Almaniyanın Münxen şəhərində oynanılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu