Dünya Kubokunda 1/4 final matçları başlayır



2026 FİFA Dünya Kubokunda 1/8 final mərhələsinin tamamlanmasından sonra 1/4 finala yüksələn komandalar və cütlüklər bəlli olub.

AFN.az xəbər verir ki, turnirdə son 8 komanda arasında qalan ölkələrin yarımfinal vəsiqəsi üçün verəcəyi mübarizələr 9-12 iyul tarixləri arasında oynanılacaq.

Dünya Kubokunun 1/4 final qarşılaşmalarının oyun təqviminə əsasən, 9 iyul cümə axşamı saat 00:00-da Fransa - Mərakeş matçı keçiriləcək.

10 iyul cümə günü saat 23:00-da İspaniya - Belçika qarşılaşması baş tutacaq.

12 iyul bazar günü saat 01:00-da Norveç - İngiltərə, saat 05:00-da isə Argentina - İsveçrə matçları keçiriləcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu