"Fənərbaxça" ilə “Qalatasaray” kubokda da qarşılaşacaq

Türkiyə Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.
AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, əzəli rəqiblər olan iki böyük komanda "Qalatasaray" və “Fənərbaxça” bir-birinə rəqib olub.
1/4 final bir oyundan ibarət olacaq. Püşkdən birinci çıxan komandaların ev sahibliyi edəcəyi 1/4 final oyunları aprelin 1, 2 və 3-də keçiriləcək. Kubokun yarımfinal oyunları aprelin 22, 23 və ya 24-də, final isə mayın 14-də keçiriləcək.
Bu turlarda VAR sistemindən də istifadə olunacaq. Ziraat Türkiyə Kubokunu qazanan komanda UEFA Avropa Liqasının Play Off mərhələsində Türkiyəni təmsil edəcək.
1/4 final matçları:
Trabzonspor - Bodrum FK
Konyaspor - İskenderunspor
Fənərbaxça - Qalatasaray
Beşiktaş - Göztəpə
Yarımfinal oyunları:
Trabzonspor-Bodrum FK matçının qalibi yarımfinalda Beşiktaş-Göztəpə matçının qalibi, yarımfinalda isə Konyaspor-İskenderunspor matçının qalibi Fənərbaxça-Qalatasaray matçının qalibi ilə qarşılaşacaq.