"Qalatasaray" Superliqada 24-cü çempionluğun bir addımlığındadır
"Qalatasaray" Futbol Komandası sona 2 həftə qalmış Trendyol Super Liqasında çempionluğunu elan edə bilər.
Sarı-qırmızılı komanda Super Liqada 35-ci həftəni ən yaxın izləyicisi "Fənərbaxça"nı 6 xal qabaqlayaraq lider olaraq tamamlayıb. Liqanın qalan hissəsində isə “Qalatasaray” səfərdə “VavaCars Fatih Karagümrük"lə, evində “Fənərbaxça” ilə, son həftə də isə “TÜMOSAN Konyaspor”la səfərdə qarşılaşacaq.
“Fənərbaxça” isə evdə “Mondihome Kayserispor”, səfərdə “Qalatasaray” və evdə “İstanbulspor”la qarşılaşacaq.
"Qalatasaray" liqanın 36-cı həftəsində "Fatih Karagümrük" matçı ilə çempionluğunu təmin edə bilər. Belə ki, sarı-qırmızılılar mayın 12-si bazar günü Atatürk Olimpiya Stadionunda keçiriləcək matçda qalib gəlsələr, çempionluq uğrunda "Fənərbaxça"nın Kayserispor qarşısında xal itirməsini gözləyəcək.
Əgər xal fərqi qorunsa və ya qapanarsa, çempionat həyəcanı son 2 həftəyə keçəcək. Daha sonra 37-ci həftədə RAMS Parkda keçiriləcək "Qalatasaray"-"Fənərbaxça" derbisi düyünün həllində kritik əhəmiyyət kəsb edəcək.
Mənbə: AA