TFF-dən "Qalatasaray"ın pankart istəyinə cavab
"Qalatasaray"ın Superkubok matçı üçün pankart istəməsinə TFF-dən müsbət cavab gəlib.
Türkiyə Futbol Federasiyası (TFF) "Qalatasaray" klubunun 7 aprel bazar günü "Fənərbaxça" ilə Turkcell Superkuboku matçı üçün pankart tələbinin məqsədəuyğun hesab edildiyini açıqlayıb.
TFF-dən verilən açıqlamada "Qalatasaray"ın "11 Nisan" stadionunda "Fənərbaxça" ilə matç öncəsi isinmə hərəkətləri üçün "Cümhuriyyətin 100-ü Qalatasaray" yazılı köynək geyinməsinin və pankart açmasının məqsədəuyğun olduğu bildirilib.