TFF "Fənərbağça"nın təxirə salınma tələbini rədd edib


Türkiyə Futbol Federasiyası (TFF) "Fənərbağça"nın "Turkcell" Superkuboku matçının mayın 23-nə təxirə salınması tələbinin qəbul edilmədiyini açıqlayıb.


TFF-nin açıqlamasında bu gün TFF rəsmiləri və klub nümayəndələrinin iştirakı ilə ikinci İl İdman Təhlükəsizlik Şurasının keçirildiyi və təxirə salınma tələbləri ilə bağlı məlumat verilib. Bildirilib ki, "Fənərbağça"ya Super Liqada oynayacağı "VavaCars" Fatih Karagümrük matçının təxirə salınması üçün təklif edilib: "İctimaiyyətə verilən məlumatın əksinə, "Fənərbağça"nın UEFA Avropa Konfrans Liqasının 1/4 final mərhələsində qarşılaşacağı rəqibi Yunanıstan "Olimpiakos"unun Yunanıstan Superliqasında 2024-cü il aprelin 7-də keçiriləcək oyunu təxirə salınmayıb. "Olympiakos"un "Fənərbağça" ilə oynayacağı iki matç arasında 14 aprel 2024-cü il tarixində keçiriləcək matç təxirə salınıb. TFF də "Fənərbağça"nın "Olimpiakos"la oynayacağı matçların arasına təsadüf edəcək "VavaCars Fatih Karagümrük"lə matçın təxirə salınmasını təklif edib. Lakin "Fənərbağça" bu təklifi qəbul etməyib".

"Fənərbağça"nın Superkubok matçının təxirə salınmasını tələb etdiyi bildirilən açıqlamada daha sonra bildirilir: "Fənərbağça" İdman Klubunun 3 aprel 2024-cü il tarixində SuperKubok matçı ilə bağlı etdiyi yazılı müraciətdə "2023 Turkcell Super Kuboku matçı 23 May 2024-cü ildə xarici hakimlərin rəhbərliyi altında oynanılmazsa, biz bu oyunu A komandamızla oynamayacağıq" deyə qeyde dilib. Həmin müraciət milli yığmamızın Avropa çempionatına hazırlığı və düşərgə proqramı nəzərə alınaraq qəbul edilməyib və matça hakim Mərkəzi Hakimlər Şurasından təyin edilib. 2023 Turkcell Superkubok matçı 7 aprel 2024-cü il bazar günü Şanlıurfa 11 Nisan Stadionunda keçiriləcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu